Bakı. Trend:
Suriyanın yeni dövlət başçısı Əhməd Əş-Şəra xaricə ilk rəsmisəfərini Türkiyəyə edəcək.
Trend türkKİV-lərinə istinadən xəbər verir ki, səfər ən yaxın zamanda baştuta bilər.
Məlumata görə, səfər bu günlərdə həyata keçməli olsa da,proqramda edilən dəyişikliklə əlaqədar ertələnib. Səfər zamanıəş-Şəra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.
Qeyd edilir ki, Suriyada müxalif qüvvələrin hakimiyyətəgəlişindən sonra Dəməşqə ilk rəsmi səfər etmiş xarici hökumətnümayəndəsi – Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalınolub. Onun ardınca Suriya paytaxtına Türkiyənin xarici işlər naziriHakan Fidan baş çəkmişdi.