Xarici işlər naziri Hakan Fidan bu gün Şimali Kipr (Kıbrıs) Türk Respublikasına (ŞKTR) səfər etdi.
Hazir Hakan Fidan Lefkoşada ŞKTR-nın xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
İki gün davam edəcək işğuzar səfər çərçivəsində Kipr məsələsi və ikitərəfli məsələlər müzakirə olunacaq.
Nazir Hakan Fidanın qarşıdan gələn aylarda BMT Baş katibi Antonio Quterreşin ev sahibliyində planlaşdırılan görüşlə bağlı Lefkoşa səlahiyyətliləri ilə də məsləhətləşmələr aparacağı gözlənilir.
BMT baş katibinin ev sahibliyində keçiriləcək toplantıya qarant ölkə olan Böyük Britaniyanın da qatılacağı bildirilir.