AZ

Emmanuel Makron səfirlərlə görüşdü

Fransa prezidenti Emmanuel Makron Afrika ölkələrinin Saheldəki üsyanlara qarşı göstәrdiklәri hərbi səylərә görə Fransaya "təşəkkür etməyi unutduqlarını" iddia etdikdən sonra tənqidlərə məruz qalıb.

Emmanuel Makron bu barәdә Fransa səfirləri ilə keçirdiyi görüşdә bildirib. Makronun çıxışı mübahisələrə səbəb olub.

Qeyd edәk ki, Fransa bu ölkələrdə baş verən çevrilişlərdən sonra Mali, Burkina Faso və Nigerdən qoşunlarını çıxarıb.

Bir vaxtlar müttəfiq kimi görünən Seneqal və Çad da fransız qoşunlarının ölkədən çıxarılmasını tələb edir.



Seçilən
52
trt.net.tr

1Mənbələr