Paytaxtın Mətbuat prospektində kütləvi şəkildə qayda pozan piyadalar görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə ötən il dekabrın 25-də saat 11:45 radələrində qeydə alınıb. Belə ki, yolu təyin olmamış yerdən keçən piyadalar avtomobilə əhəmiyyət vermədən təhlükə yaradıblar. Siqnal səsini eşidən gənc qızlar hərəkətdə olan maşını görsələr də dayanmayıblar. Ardınca piyadalardan biri də yolu keçib və digərlərini səsləyib. Üstəlik onlar bununla kifayətlənməyərək velosiped zolağıyla hərəkət ediblər.
Qeyd edək ki, yaxınlıqda piyada keçidi mövcuddur.
Nərmin