AZ

Araz SES-də ötən il nə qədər elektrik enerjisi istehsal edilib? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Araz Su Elektrik Stansiyasında ötən il nə qədər elektrikenerjisi istehsal edildiyi məlum olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan DövlətEnergetika Xidmətindən bildirilib.

Qeyd edilib ki, ötən il stansiyada istehsal edilən enerjinin65.705 min KVt/saat olub.

Qeyd edək ki, Araz Su Elektrik Stansiyası respublikanın ikinciən böyük çayı olan Araz çayının üzərində, onun sol qolu olanNaxçıvan çayının töküldüyü yerdən 5 km aşağıda Azərbaycan-İransərhəddində yerləşir.

Layihə gücü 22 meqavatt olan stansiya 03 oktyabr 1971-ci ildəzəmanət istifadəsinə, 1973-cü ildən isə tam istifadəyə verilib.Stansiyada il ərzində 86,7 milyon kilovatt-saat elektrik enerjisiistehsal edilməsi nəzərdə tutulub. Stansiya uzun illər əhalinin vəölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsindəmühüm rol oynayıb. İstifadə edilən suya görə stansiya ortatəzyiqli, konstruksiyasına görə isə qapalı tipli stansiyalara aidedilir.

Məqalədə:
Seçilən
21
1
az.trend.az

2Mənbələr