İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və İran hakimiyyətinə bağlı proksi qüvvələri son bir ay ərzində Suriyanı tərk ediblər.
“Cebheinfo.az” “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, hətta Tehran tərəfindən dəstəklənən proksi qüvvələr tamamilə darmadağın edilib.
Bildirilir ki, ötən illər ərzində İran Bəşar Əsəd rejiminin əsas dəstəkçisi olub və Suriyadan proksi qüvvələrinə, eləcə də “Hizbullah”a silah qaçaqmalçılığı üçün yol kimi yararlanıb.
Qeyd olunub ki, Suriyanın əldən çıxması İran Yaxın Şərq regionunda geosiyasi mövqeyinə ciddi zərbədir:
“Təhrir əş-Şamın qələbəsi zamanı İran öz qüvvələrini Suriyanın şərq və qərbində yerləşdirib. Daha öncədən Hələbdə olan SEPAH üzvləri isə hər şeyi ataraq dərhal Tehrana qayıdıblar.
İran qüvvələrinin Suriyadan çıxarılması Tehranın Suriyanı regional strateji mərkəz kimi istismar etmək və təsirini gücləndirmək və İslam Respublikasına müxaliflərə qarşı müharibəyə başlamaq üçün illər ərzində göstərdiyi səylərin sonu olub”.