Avropa İttifaqı, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və İtaliya rəsmiləri Romada Suriyadakı mövcud vəziyyətə dair müzakirələr aparacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin sədrliyi ilə keçiriləcək görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, ABŞ, Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri iştirak edəcəklər.
Görüşdə Əsəd rejiminin devrilməsindən sonrakı müddətdə ölkədəki vəziyyət, keçid hökumətinin işi və yeni Konstitusiya layihəsinin hazırlanması, Suriya cəmiyyətinin bütün komponentlərinin inteqrasiyası və ölkənin iqtisadi bərpasına dair məsələlər nəzərdən keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma