AZ

Hüseyn Əsgərov vəzifəsindən azad edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib. Modern.az-ın verdiyi məlumata görə, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.

O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.

Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.

Seçilən
21
22
azpolitika.info

10Mənbələr