Abşeron rayonun Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az Modern.az-a istinadla xəbər verir ki, ötən gün axşam saatlarında 49 yaşlı Ceyhun Vaqif oğlu Məmişovu maşın vurub.
O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Məlumata görə, əslən Kəlbəcər rayonundan olan Ceyhun Məmişov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşı olub. O, Xidmətin Bağlar Sukanal İdarəsində şöbə rəisi vəzifəsində çalışırdı.