Bakı Trend:
Qazaxıstanda “Air Astana” aviaşirkətinə məxsus təyyarə Aktauaeroportuna məcburi eniş edib.
Trend-in xəbərinəgörə, bu haqda “Tengri Travel” şirkətinin mətbuat xidməti yerliKİV-ə məlumat verib.
Bildirilib ki, təcili eniş etməli olan sərnişin təyyarəsiAlmatı-Antalya hava reysi ilə uçub.
“Yanvarın 8-də KC915 reysi ilə Almatı-Antalya istiqamətində uçanAirbus A321 təyyarəsi, yerli vaxtla 08:35-də aeroportdan qalxıb.Texniki səbəblərə görə, təyyarə Aktau aeroportuna məcburi enişetməli olub, eniş ştat rejimdə həyata keçirilib. Məcburi enişəsəbəb mərkəzi çəlləyin yanacaq sisteminin qoruyucu klapanı olub”, -məlumatda deyilir.
Məlumatda hava reysinin yanvarın 9-a ertələndiyi bildirilir.