“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Liqa Kubokunun “Liverpul”la ilk yarımfinal oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Tottenhem”in rəsmi saytına istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bizim, Liqadakı nəticələrimiz pisdir, bundan qaça bilmərik. Qarşıda isə bizi ayrıca yarış gözləyir. Yarımfinala çıxmaq üçün yaxşı iş görmüşük. Buna nail olmaq üçün Mançesterin hər iki klubunu məğlub etmişik. Yarımfinala gedən yol asan deyildi. Bizim rəqibimiz bütün yarışlarda görkəmi olmuş bir komandadır. Ona görə də bu, bizim üçün böyük sınaqdır, amma bu, ilk yarımfinal oyunudur və həyəcanlı olmalıdır. Mən bu oyunun intizarındayam”, deyə Postekoqlu vurğulaıb.
Xatırldaq ki, “Tottenhem” – “Liverpul” oyunu bu gün, yanvarın 8-də keçiriləcək. Hakim oyunu Bakı vaxt ilə saat 00:00-da başladacaq.