Bunu Olaylar.az-a a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bu vaxta qədər keçilən yola nəzər salındı, bir çox vacib məsələlərə aydınlıq gətirildi. Eyni zamanda, Azərbaycanın önümüzdəki dönəm üçün strategiyası diqqətə çatdırıldı. Yəni konkret olaraq əlbəttə ki, son olaylara da toxunuldu, məsələn, təyyarə olayı, Rusiyanın yanaşması məsələsi, eyni zamanda İranın davranışları üzərində ciddi şəkildə dayanıldı, əlavə olaraq, Avropa, xüsusən də Qərb ölkələrinin, Azərbaycanın daxili işlərinə müdaxilə məsələlərinə toxunuldu, Fransa prezidenti Makronun və onun komandasının Azərbaycana yüklənməsinə münasibət bildirildi və bütün bunlar mənə elə gəlir ki, Azərbaycanla bağlı məsələlərin təhlil edilməsində çox ciddi ipucları verir. Yəni cənab prezident bir növ bizim kimi insanlara nəyin necə olduğunu və önümüzdəki dönəmdə nələrin göstərildiyini göstərmiş oldu. Mən düşünürəm ki, prezident İlham Əliyev hər zamankı kimi yetərincə ayrıntılı, yetərincə arqumentli, əsaslandırılmış fikirlər səsləndirdi və bu fikirlər əlbəttə ki, Azərbaycanın perspektivi üçün olduqca önəmlidir. Bir daha qeyd etmək istəyirəm ki, bu müsahibə sadəcə olaraq bir yol xəritəsi rolunu oynaya bilər və əlbəttə ki, biz də önümüzdəki dönəmdə məhz bu tezislərlə silahlanaraq anti-Azərbaycan fəaliyyəti aparan insanlara, dövlətlərə, qurumlara cavabımızı verəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31