Paytaxt.org erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.
Mirzoyanın sözlərinə görə, tərəflər bir-birlərinə təbrik və arzularını çatdırıb, həmçinin dünyadakı vəziyyəti və regional məsələləri müzakirə ediblər. Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması perspektivlərindən danışan Mirzoyan qeyd edib ki, Türkiyə tərəfi məsələni Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına bağlayır.
Erməni nazirin fikrincə, Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla da eyni prosesi asanlaşdıracaq. Amma dialoq həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində davam etməlidir.