ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna məsələləri üzrə direktoru Uinfild Suontonun başçılıq etdiyi nümayəndə heyəti Kiyevə gəlib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Əsas mövzulardan biri ABŞ-ın 2024-cü ildə Ukraynaya göstərdiyi yardımın nəticələrinin müzakirəsi və 2025-ci ildə müdafiə nazirliklərinin komandalarının qarşılıqlı fəaliyyətinin planlaşdırılması olub”, – departament qeyd edir.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya son yardım paketini açıqlamaq niyyətində olduğunu açıqlamışdı.
DOĞRU.AZ