Venesuela hakimiyyəti üçüncü müddətə prezident olmaq istəyən Nikolas Maduronun andiçmə mərasiminə təhlükə törətdiyinə görə başqa ölkələrin vətəndaşı olan 7 nəfəri həbs edib. Saxlanılanlar arasında Ukraynada Xarici legionda döyüşənlər də var.
Sfera.az bildirir ki, Venesuelada ABŞ və Kolumbiya vətəndaşları hazırkı prezident Nikolas Maduro rejiminə qarşı mübarizədə şübhəli bilinərək saxlanılıb. Bundan əlavə, vətəndaşlığı göstərilməyən “Ukraynadan olan muzdlular” da həbs edilib. “Reuters” agentliyi Venesuelada saxlanılan “təhlükəli muzdlular” haqqında yazıb.
Agentlik Maduronun Venesuela dövlət televiziyasında canlı çıxışı zamanı səsləndirdiyi bəyanatı yayıb. Ölkənin başçısı bildirib ki, kəşfiyyat xidmətləri yanvarın 10-da keçirilməsi planlaşdırılan inauqurasiya mərasiminə müdaxilə etməyi planlaşdıran 7 muzdlu əsgəri saxlayıb. Onlardan üçü Ukrayna müharibəsinin iştirakçısıdır. Qrupun digər üzvləri “çox yüksək səviyyədə” təlim keçmiş iki ABŞ vətəndaşı və “qatil” olan iki Kolumbiya vətəndaşıdır. “Reuters” qeyd edib ki, siyasətçi saxlanma və mümkün hücumla bağlı heç bir təfərrüat açıqlamayıb.
“Təkcə bu gün biz yeddi əcnəbi muzdlu, o cümlədən ABŞ-dan olan iki mühüm muzdlunu saxladıq” - deyə Maduro bildirib.
Məqalədə şərhlər üçün ABŞ Dövlət Departamenti və Kolumbiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqları, lakin hələlik heç bir cavab verilmədiyi də qeyd edilib. Nəşrin dərc edildiyi vaxt Ukrayna Xarici İşlər Nazirliyinin resurslarındakı xəbərlər də insidentlə bağlı məlumat verməyib. Ukrayna Müdafiə Qüvvələrinin tərkibində döyüşən Xarici Legionun Telegram kanalında döyüşçülərin mümkün saxlanılması barədə məlumat verilməyib.
Maduro və Venesueladakı hadisələr
Qeyd edək ki, 2023-cü ilin iyulunda Venesuelada prezident seçkiləri keçirilib və seçki komissiyası hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini elan edib. Eyni zamanda, beynəlxalq müşahidəçilər çoxsaylı pozuntuları qeyd edərək, bir sıra ölkələr, o cümlədən ABŞ və Ukrayna nəticələri tanımır. Maduro 62 yaşlı siyasətçidir və 2013-cü ildən başlayaraq ardıcıl üçüncü müddətdir hakimiyyətdədir. Onun hakimiyyəti dövründə ölkədə iqtisadi və siyasi vəziyyət yaxşılaşmayıb. 2023-cü ildə Venesuella qonşu ölkə Qayana əyalətini ilhaq etməyə hazır olduğunu bəyan edib.
Aysel