AZ

Serbiya Rusiya ilə silah müqavilələrinə xitam verdi

Serbiya Ordusunun Baş Qərargah rəisi Milan Mojsiloviç bildirib ki, Moskvaya qarşı tətbiq edilən sanksiyalara görə ölkənin Rusiyadan silah tədarükünü davam etdirməsi demək olar ki, mümkünsüz olub.

Onun sözlərinə görə, bu səbəbdən Serbiya ordusu bir neçə müqaviləni ləğv etməli olub. “Biz diplomatik kanallar vasitəsilə mövcud vəziyyətdən çıxış yolu tapmağa çalışırıq. Biz bəzi müqavilələrə xitam verdik, digərlərini isə qlobal səviyyədə dövlətlərarası münasibətlərdə vəziyyətin normallaşacağına və razılaşmanın həyata keçirilməsinə imkan verəcəyinə ümid edərək təxirə saldıq”, – deyə Moisiloviç müsahibəsində bildirib.

Baş Qərargah rəisi Rusiyanın istehsal etdiyi silahların dünyanın bir sıra silahlı qüvvələri tərəfindən istifadə edildiyini, bəzi ölkələrin öz istehsalatını yaratmaq üçün lisenziyaya malik olduğunu qeyd edib. Bunun sayəsində Serbiya hərbi texnikanın ehtiyat hissələri ilə təchizatı üçün dayanıqlı sistem yaratmağın yolunu tapıb.
Xatırladaq ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Serbiya Avropadan silah almağa başlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
1
editor.az

2Mənbələr