AZ

İtaliyanın Alp dağlarında itən iki alpinistdən birinin cəsədi tapılıb

İtaliyanın Alp Xilasetmə Xidməti yanvarın 1-dən bəri Trento yaxınlığındakı Adamello dağlarında səyahətə çıxan ingilis alpinistlər Aziz Ziriat və Sam Harrislə bağlı açıqlama verib.

Oxu24.com xəbər verir  ki,açıqlamada alpinistlərdən birinin cansız cəsədinin telefon qeydlərindən istifadə edilərək tapıldığı bildirilib.

Açıqlamada digər alpinistin axtarış-xilasetmə işlərinin davam etdiyi, əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinləşdiyi bildirilib.

Komandaların tapdığı cəsədin hansı alpinistə aid olduğu hələ müəyyən edilməyib.

 

Nigar

 

Seçilən
61
2
oxu24.com

6Mənbələr