AZ

İran italiyalı jurnalisti azad etdi

İranda həbs olunmuş italiyalı jurnalist Sesiliya Sala azad edilib və İtaliyaya göndərilib.

Publika.az xəbər verir ki, İtaliya Nazirlər Şurası bunun diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan gərgin iş sayəsində baş verdiyini açıqlayıb.

Məlumata görə, jurnalistin olduğu təyyarə artıq Tehrandan havaya qalxıb.

Baş nazir Ciorcia Meloni jurnalistin geri qaytarılmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. O, Sesiliyanın valideynləri ilə telefon danışığı aparıb.

Seçilən
7
4
publika.az

5Mənbələr