AZ

Azərbaycanlı futbol hakimləri Türkiyədə yoxlama oyunu idarə ediblər

Azərbaycanlı futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyunu idarə ediblər...

Poliqon xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı hakimlərin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Poliqon.info 

Seçilən
28
12
poliqon.info

10Mənbələr