AZ

"Bavariya" Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır

Almaniyanın "Bavariya" klubu hücumçusu Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır.

"Far.Az" "SkySport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 35 yaşlı futbolçunun maaşının azaldılması şərti ilə sözləşməsinin müddətini daha 1 il artırmağa razılaşıb.

Onun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Tomas Müller bu mövsüm "Bavariya"nın heyətində 22 oyuna çıxıb və 4 qol vurub.

Seçilən
9
3
far.az

4Mənbələr