Bakı, 9 yanvar , AZƏRTAC
İspaniya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.
AZƏRTAC xəbər verir ki, yarımfinalda "Atletik" (Bilbao) və "Barselona" komandaları qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Qavi və Lamin Yamal vurublar.
Bununla da "Barselona" adını finala yazdırıb.
Yarımfinalın digər görüşündə "Real Madrid" ilə "Malyorka" kollektivləri üz-üzə gələcək.