Türkiyədə 254 "Pizza Hut" və 283 KFC restoranının tezliklə bağlanması gözlənilir.
Publika.az xəbər verir ki, Türkiyədəki bütün KFC və "Pizza Hut" restoranlarının operatoru olan "İS Qida" ilə françayzinq müqaviləsinə xitam verilib.
Buna səbəb türk şirkətinin bir neçə aydır tələb olunan standartlara uyğunluğa nail ola bilməməsidir. Boykot səbəbilə Türkiyədəki bu restoranlarda satış dünya ortalamasından olduqca aşağıdır.