AZ

AİB-in investisiyaları Qərbi Balkanların iqtisadi modernləşməsinə təkan verir - Regional nümayəndə (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Avropa İnvestisiya Bankı (AİB) Aİ bankı olaraq layihələriniAİ-nin Qərbi Balkan ölkələri üzrə siyasətləri ilə uyğunlaşdırır vəbu layihələr daha ağıllı və sürətli nəqliyyat həlləri, daha təmizbir ətraf mühit, yeni iş imkanları və əmək bazarının ehtiyaclarınauyğun müasir təhsil proqramları təmin etməklə bağlı müştərəkhədəfimizi əks etdirir.

Bunu Trend-əözəl müsahibəsində Avropa İnvestisiya Bankının (AİB) Qərbi BalkanÖlkələri üzrə Regional Mərkəzinin rəhbəri Damyan Sorel deyib.

"2010-cu ildən bəri, 11 milyard avrodan çox investisiya ilə bizAİ dəyərlərini və standartlarını bütün layihələrimizdə tətbiq edəbilmişik və bu, insanların rifahı üçün uzunmüddətli və konkretfaydalar təmin edib. Onlar, həmçinin, ölkələrin hətta üzvlükdənəvvəl Aİ standartlarını qəbul etməsinə və onlara uyğunlaşmasına,eləcə də, idarəetmənin yaxşılaşdırılmasına kömək edir.

İnkişaf Planının tətbiqinin genişləndirilməsi sayəsində, əsasəndə ölkələrin nəzərdə tutulan 6 milyard avro həcmində maliyyəpaketinə çıxış imkanı əldə etmək üçün həyata keçirməli olduqlarıislahat proqramları vasitəsilə, bu səylər daha da gücləndiriləcək.Aİ-nin Bərpa və Dayanıqlılıq Təşəbbüsünün uğuruna əsaslanaraq,AİB-in Qlobal Mexanizmi nəqliyyat, enerji, rəqəmsallaşma və insankapitalının inkişafı kimi əsas sektorlarda layihələri dəstəkləməyəhazırdır", - o bildirib.

Onun sözlərinə görə, inkişaf etmiş texnologiyaları tammənimsəmək üçün regional iqtisadiyyatlar əvvəlcə rəqəmsaltransformasiyadan keçməlidir.

"Biz regionda maliyyələşdirdiyimiz layihələrdə rəqəmsallaşmanıdəstəkləyirik. Bu, bərpa olunan enerji istehsalından dəmir yolu,avtomobil yolu və hava nəqliyyatına nəzarət sistemlərinə, həmçinin,məktəblərə qədər sahələri əhatə edir. 2020-ci ildən bəri AİB-inQlobal Mexanizmi həm özəl, həm də dövlət sektorunda rəqəmsalinfrastruktur və bacarıqların artırılması üçün 200 milyon avrosərmayə qoyub. Eyni zamanda, Serbiyada 5G şəbəkəsinin tətbiqi vəməktəblərdə genişzolaqlı internetin təmin edilməsi dəstəklənib. Buinvestisiyalar məhsuldarlığı və rəqabət qabiliyyətini artıracaq,həmçinin, texnologiyaya yönəlmiş yeni birbaşa xariciinvestisiyaları cəlb etmək potensialına malikdir.

Eyni zamanda, yüksək texnologiyalara əsaslanan artımıstimullaşdırmaq üçün innovasiya ekosistemlərinin inkişafı vacibdir.Serbiyanın Niş, Belqrad və Novi Sad şəhərlərində AİB-in QlobalMexanizmi tərəfindən dəstəklənən elm və texnologiya parklarıinkişaf edən innovasiya mühitinin yaradılması üçün universitetlər,özəl sektor və hökumət arasında əməkdaşlığın təşviqinin mükəmməlnümunələridir", - o bildirib.

Damyan Sorel qeyd edib ki, AİB Avropa Komissiyası ilə sıxəməkdaşlıq çərçivəsində, son dövrlərdə Serbiya, Şimali Makedoniya,Monteneqro və Albaniyada əsas dəmir yolu bölmələrininmüasirləşdirilməsi üçün dəyəri 1,5 milyard avrodan çox olan maliyyəpaketlərini imzalayıb.

"Eyni zamanda, biz Serbiyada avtomobil yolu infrastrukturununbərpasını və Sava və Dunay çayları boyunca daxili su yollarınaviqasiyasının təkmilləşdirilməsini maliyyələşdiririk. Aİ-ninregiondakı ən iddialı nəqliyyat layihəsi Bosniya və Herseqovinada“VC dəhlizi” boyunca avtomagistralın tikintisidir.

İndiyə qədər, biz bu layihənin yeni hissələri üçün 1 milyardavrodan çox vəsait ayırmağı öhdəmizə götürmüşük və bu, AvropaYenidənqurma və İnkişaf Bankının (AYİB) kreditləri və 800 milyonavrodan çox Aİ qrantları ilə tamamlanır. Bu layihə regionaləlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, yolhərəkətinin təhlükəsizliyini və iqtisadi artımı gücləndirəcək", - obildirib.

Onun sözlərinə görə, AİB enerji sektorunda, yeni bərpa olunanenerji layihələrini maliyyələşdirməklə yanaşı, mövcud obyektlərinmüasirləşdirilməsini dəstəkləyərək, onların səmərəliliyini,etibarlılığını və gücünü artırır.

"Enerji sektorunda, yeni bərpa olunan enerji layihələrinimaliyyələşdirməklə yanaşı, mövcud obyektlərin müasirləşdirilməsinidəstəkləyərək onların səmərəliliyini, etibarlılığını və gücünüartırırıq. Eyni zamanda, biz ən çox təsirə məruz qalan bölgələrdəişçi qüvvəsi, iqtisadiyyat və ətraf mühit üçün müsbətsosial-iqtisadi nəticələr təmin etməklə, kömürdən digər enerjimənbələrinə ədalətli keçidi dəstəkləməyi hədəfləyirik", - obildirib.

Damyan Sorel vurğulayıb ki, Avropa İnvestisiya Bankınınregiondakı prioritetləri Aİ-nin məqsədləri ilə tam şəkildəuzlaşır.

"Qərbi Balkan ölkələrində Bankın əsas diqqəti əlaqəliliyindəstəklənməsi, bərpa olunan enerji istehsalı gücünün artırılması,iqlim dayanıqlığı, özəl sektor və insan kapitalının inkişafınayönəlib. Bizim fəaliyyətimiz Aİ-nin ən son İnkişaf Planı iləuzlaşır. Bu Planın məqsədi Aİ-nin vahid bazarına qoşulmaq üçünşərtlərdən biri kimi regional bazarın inteqrasiyasının daha damöhkəmləndirilməsini hədəfləyir. 27 üzv dövlətə məxsus olan Aİbankı olaraq, bütün fəaliyyətlərimizdə Aİ-nin siyasət vəstrategiyalarını rəhbər tuturuq. Biz maliyyələşdirdiyimiz layihələrvasitəsilə regionun Aİ-nin standartlarına uyğunlaşmasına köməkedir, keçmiş genişlənmə meyillərinə, eləcə də hazırkı üzvlükistiqamətindəki irəliləyişə qətiyyətli dəstəyimizi nümayişetdiririk", - o bildirib.

Regional mərkəzin rəhbəri qeyd edib ki, müxtəlif sahələr üzrəmütəxəssislərlə təchiz olunmuş Belqraddakı regional mərkəztərəfdaşlara praktiki dəstək göstərir.

"Bu dəstək Lüksemburqdakı xüsusi komandamız və Sarayevo, Tiranavə Skopyedəki yerli ofislərimiz tərəfindən daha da gücləndirilir.Birlikdə, iqtisadiyyatları və infrastrukturu müasirləşdirmək, işyerlərinin yaradılmasını təşviq etmək, regional inteqrasiyanı vəAİ-yə üzvlüyü dəstəkləməklə Aİ-nin genişlənmə siyasətinin həyatakeçirilməsinə töhfə veririk.

"Mən “Team Europe” yanaşması çərçivəsində regionun tərəqqisinivə beynəlxalq və yerli tərəfdaşlarımızla məhsuldar əməkdaşlığımüşahidə etməkdən məmnunluq duyuram", - o bildirib.

O bildirib ki, mövcud geosiyasi qeyri-sabitlik vəqeyri-müəyyənliklər şəraitində strateji investisiyalara diqqətyetirmək olduqca vacibdir.

"Bu investisiyalar arasında, enerji sahəsində keçid Qərbi Balkanölkələri üçün əsas prioritetdir, çünki bu region hələ də mədənyanacaqlarından yüksək dərəcədə asılıdır. Aşağı karbonluiqtisadiyyata keçid məqsədilə, bərpa olunan enerji ehtiyatlarınıdaha çox qəbul edə bilmək üçün enerji ötürmə və paylama şəbəkəsiningenişləndirilməsi və müasirləşdirilməsi, həmçinin, səmərəliqanunvericilik bazasının yaradılması, enerji səmərəliliyitədbirlərinin həyata keçirilməsi və regional enerji bazarının dahasıx inteqrasiyası tələb olunacaq", - o bildirib.

Aİ-nin iqlim bankı olaraq, AİB-in Qlobal Mexanizmi maliyyə vətexniki dəstək, o cümlədən, Qərbi Balkan Ölkələrinə İnvestisiyaProqramı (WBIF) vasitəsilə yönləndirilən Aİ qrantları vasitəsiləenerji sektorunda dayanıqlı investisiyaların təşviqində mühüm roloynayır.

"Məsələn, Bosniya və Herseqovinada Vlaşiç külək elektrikstansiyasının tikintisi üçün Aİ 36 milyon avro məbləğində AİBkrediti və 21 milyon avro məbləğində qrantdan ibarət maliyyə paketitəqdim edib. Bu külək elektrik stansiyasının ildə 115 QVt-saatelektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da 20000 evtəsərrüfatının enerji tələbatına bərabərdir və hər il 140000 tonCO₂ emissiyasını aradan qaldıracaq.

Bundan əlavə, Priştinada gücü 100 MVtdc-a qədər olan günəşenerjisi layihəsinin tikintisi üçün 33 milyon avro məbləğində AİBkrediti və 32 milyon avro məbləğində qrant ayrılacaq. İqtisadiməhdudiyyətlərə və məhdud fiskal imkanlara baxmayaraq, bu cürqarışıq maliyyə mexanizmləri regional iqtisadiyyatlara enerjikeçidi məqsədlərinə nail olmaqda kömək edə bilər", - obildirib.

D.Sorel qeyd edib ki, özəl sektor da təmiz enerji istehsalınainvestisiya etməyə təşviq edilməlidir.

"AİB-in Qlobal Mexanizmi və digər beynəlxalq maliyyəinstitutları bu istiqamətdə dəstək göstərə bilər. Kiçik və ortaölçülü müəssisələr (KOM-lar) artıq regionda AİB tərəfindən ayrılanxüsusi kreditlər vasitəsilə sərfəli maliyyə dəstəyi əldə edəbilərlər. Bu kreditlər, məsələn, istehsal xətlərinin günəşpanelləri ilə təchiz olunması vasitəsilə karbon tullantılarınınazaldılmasına və onların qlobal bazarda rəqabət qabiliyyətininartırılmasına kömək edə bilər", - o bildirib.

Onun sözlərinə görə, Aİ-nin mövcud maliyyələşdirmə imkanlarınaçıxış, əsasən, ölkələrin kamil layihələr və strategiyalar təqdimetmək bacarığından asılıdır.

"Bu layihə və strategiyaların Aİ standartlarına uyğunhazırlanmasına dəstək göstərmək üçün Avropa Komissiyası və Avropaİnvestisiya Bankı 2005-ci ildə “JASPERS” məsləhət proqramınıyaradıb. Qərbi Balkan ölkələrində 2011-ci ildən fəaliyyət göstərən“JASPERS” proqramının ekspertləri 100-dən çox məsləhət tapşırığıüzərində işləyiblər. Bu fəaliyyətlər daha yaxşı avtomobil və dəmiryolları, içməli suya çıxış imkanının yaxşılaşması, təmiz enerji vəinkişaf etmiş rəqəmsal infrastrukturun formalaşması ilənəticələnib", - D.Sorel bildirib.

O son nümunələrdən biri kimi, Albaniya dəmir yolları üçünpotensialın artırılması planının hazırlanmasını və Serbiyada Dunayçayındakı "I Dəmir Qapı" şlyuzunun bərpasını qeyd edib.

"Bankın əsas prioritetlərindən biri kapitalı məhsuldarinvestisiyalara yönləndirməklə şirkətlərə dəstək göstərməkdir.Bunun üçün həm Aİ bazarlarının, həm də regional bazarların daha dasıx inteqrasiyasına ehtiyac var, eyni zamanda, inkişafı vəinnovasiyanı təşviq edən aydın stimullar təmin edilməlidir. Ən sonİnkişaf Planına əsaslanan Vahid Regional Bazarın yaradılması,şübhəsiz ki, irəliləyiş üçün doğru yoldur", - o bildirib.

D.Sorel qeyd edib ki, AİB öz daxili ekspertləri sayəsində,innovativ investisiyaların dəstəklənməsi sahəsində uğurlu təcrübəyəmalikdir ki, bu da özəl kapitalı cəlb etməyə kömək edir.

"Məsələn, biz dənizdə yerləşən ilk külək elektrik stansiyalarınıdəstəkləmişik. Bu, müvafiq dövrdə kommersiya bankları üçün həddənartıq riskli hesab edilən bir sektor idi. Bizim törəmə qurumumuzolan Avropa İnvestisiya Fondu (AİF) Avropanın ən böyük vençurkapitalı və özəl kapital investorlarından biridir və Avropanın“Skype”, “Skyscanner” və “WeTransfer” kimi başlanğıc dəyəri milyarddolları ötən startaplarının yarıya yaxınını dəstəkləmişdir.

Qərbi Balkan ölkələrində biz Avropa Komissiyası ilə birlikdəKOM-lar üçün daha əlverişli maliyyələşdirmə mühiti yaratmaq vədayanıqlı səhm bazarı qurmaq məqsədilə bir sıra maliyyə alətlərinitətbiq etmişik. AİF vasitəsilə biz həmçinin regionda fəaliyyətgöstərən səhm fondlarına investisiya edirik.

Maliyyə dəstəyindən əlavə, biz özəl sektorun innovativlayihələrinin yaranması və inkişafına şərait yaratmaq üçün texnikiyardım göstərə bilirik. Məsələn, Serbiyada "Aİ üçün Yaşıl Gündəlik"təşəbbüsü şirkətlərə, bələdiyyələrə və qurumlara öz innovativ yaşıllayihələrini həyata keçirmək üçün yardım almaq imkanı yaradır. Buproqram BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən Avropaİttifaqı, Serbiya hökuməti, İsveç səfirliyi və AİB ilə tərəfdaşlıqşəraitində həyata keçirilir. Nəhayət, xüsusi məsləhət mərkəzimizolan Avropa Dövlət-Özəl Tərəfdaşlıq Ekspertiza Mərkəzi (EPEC) dahayaxşı dövlət-özəl tərəfdaşlıqların qurulmasına kömək edir", - obildirib.

Seçilən
35
1
az.trend.az

2Mənbələr