AZ

Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir

“Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1040 Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov (Bakixanov qəs.) küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Gradus Holding” MMC 2024-cü ilin oktyabr ayında yaradılıb. Holdng 9 milyon 320 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi  Qarayeva Könül İsmayıl qızıdır.

Hüquqi ünvanı AZ1040, Bakı şəhəri Sabunçi rayonu, Bakıxanov ŞTQ, Bünyadov (Bakıxanov qəs.) ev.11. ünvanıdır.

Seçilən
25
fed.az

1Mənbələr