AZ

Marqarita Simonyanın əri komaya DÜŞDÜ

Rusiyanın dövlət mediası olan RT telekanalının (Russia Today) erməni əsilli baş redaktoru Marqarita Simonyanın əri, rejissor və teleaparıcı Tiqran Keosayan klinik ölüm keçirib və hazırda komadadır.

Modern.az xəbər verir ki, bu barədə Telegram kanallarında Marqarita Simonyanın özü bildirib.

“Sona qədər yazmaq istəmədim, amma jurnalistlər artıq zəng vurmağa başladığı üçün özüm yazacam.
Həyat yoldaşım Tiqran Keosayan klinik ölüm keçirdi və komadadır. Onun, çoxlarının bildiyi kimi, uzun müddətdir ki, ürəyi xəstədir...”, - deyə Marqarita Simonyan yazıb.

RT rəhbəri ərinin sağlamlığı üçün dua etməyi xahiş edib.

Seçilən
26
5
modern.az

10Mənbələr