AZ

Abşeronda bələdiyyə üzvləri yenilənəcək

Abdin Fərzəliyev bələdiyyə sədrlərini dəyişdirir. İcra başçısı öz adamlarını seçdirmək istəyir...

Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyev bələdiyyə seçkilərindən istifadə edərək yerli idarəetmə orqanlarına öz kadrlarını yerləşdirmək niyyətindədir.

AzToday.az-a daxil olan məlumatlara görə, icra başçısı rayonda ugurlu işi ilə fərqlənən bələdiyyə sədrlərini zərərsizləşdirməyə çalışır. Onun ilk hədəflərindən biri Xırdalan şəhər bələdiyyəsinin sədri Orxan Musayevdir. Qeyd edək ki, 2019-2024-cü ildə Xırdalan bələdiyyəsinin büdcəsi 8,5 dəfə artıb. - 205 min manatdan 1,75 milyon manata çatıb. İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Xırdalan bələdiyyəsində bu artım torpaq satışı hesabına baş verməyib: İnanmıram ki, ölkədəki 1600-dən çox bələdiyyənin hansındasa belə nəticə olsun. Etiraf edim ki, Xırdalan bələdiyyəsinin son illər gördüyü işlər yaxşı mənada diqqətimi cəlb edib. İnsanlardan vergi yığmağa başlayıblar, sosial-iqtisadi proqramlar qəbul edirlər. 

Qısa müddətdə bələdiyyəni hərəkətə gətirən şəxsin vəzifəni yenidən tutması qanunauyğunluqdur. Xüsusən də hər dəfə görüşümüzdə (əsasən layihəsini icra etdiyi Avropa Birliyinin tədbirlərində) həvəslə gələcək planlardan danışırdı. Və birdən-birə seçkinin nəticəsi ilə bağlı əminsizliyi… Sədri cavabı ona görə çox da təəccüblü olmadı ki, Azərbaycanda təşəbbüskar, aktiv olan istənilən şəxs digərlərini narahat edir və vəzifədən kənarlaşdırılır. Xırdalan bələdiyyəsinin İcra Hakimiyyətindən tam asılı olmaması, mümkün qədər müstəqil qərar verməsi barədə eşitmişəm və böyük ehtimalla problem də ordan yaranır.  Çünki İH başçıları bələdiyyə seçkisinə müdaxilə edir və sədrin birbaşa öz adamı olmasına çalışır.

Hamımız biliri ki, bələdiyyə seçkisi formaldır. Sədr və bələdiyyə üzvü qabaqcadan müəyyən olunur.  Ona görə də sabah bələdiyyə sədrinin yeni şəxsin olmasını görsəm təəccüblənmərəm. Təəssüf ki, ölü qurumu dirilən şəxslər yox, bələdiyyə institutunu birdəfəlik basdıran şəxslər irəli çəkilir.

Abdin Fərzəliyev 19 yanvar 2022-ci il tarixində Abşeron rayon İcra Hakimiyyətinin Başçısı təyin edillib. Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsinin məzunu olan icra başçısının yenilikçi bələdiyyə sədrinə qarşı hərəkətə keçməsi qaranlıq mətləblərdən xəbər verir...

İyirmi il başqa rayonlarda da icra başçısı işləyən Abdin Fərzəliyev ölkənin ən varlı məmurlardan biri kimi xarakterizə olunur. Həmçinin, o Prezidentin keçmiş köməkçisi Əli Həsənov və Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınır. Təsadüfi deyil ki, icra başçısı hakim Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini vəzifəsində çalışıb. Siyasi Şuranın üzvü olan Abdin Fərzəliyev həm də 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini olub ki, həmin komissiyanın sədri də Əli Həsənov idi.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan “Altun” restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib.

Abdin Fərzəliyevin bütün karyerasının Ramiz Mehdiyev və Əli Həsənovun protejesində keçirməsi danılmaz faktdır. Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı öz mövqelərinin zəiflədiyini görən Ramiz Mehdiyev Abdin Fərzəliyevi (özünün ailə kassasını) qorumaq üçün razılaşdırılmış oyun qurur. Bu oyuna əsasən, sanki onların arasında münasibətlərin pozulması ictimai rəyə təqdim edilir. Bu dövrdə Abdin Fərzəliyevi qorumaq missiyasını Əli Həsənov həyata keçirir. Lakin Gülər Əhmədova qalmaqalı səngiyəndən dərhal sonra Ramiz Mehdiyevlə Abdin Fərzəliyev kölgədən çıxırlar. Bu şəxslərin maraqlarının həm siyasi, həm də kommersiya prinsipləri əsasında birləşməsi dəfələrlə mətbuatın diqqətindən yayınmayıb:

Abdin Fərzəliyevin həm də Rusiyanın Həştərxan vilayətinin administrasiyası ilə sıx əlaqəli var. O Azərbaycanın pullarını Rusiyanın bu vilayətinin abadlığına da çox xərcləyib. İddialara görə, Fərzəliyev Bakıda topladığı yüz milyonlarla manat maliyyə vəsaitinin ölkə xaricinə çıxarılması üçün Həştərxandakı layihələr sadəcə koridor olaraq istifadə edilib...

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr