AZ

Xaricdə təhsil alanların peşə tanınması üzrə imtahan keçiriləcək

Bakı. Trend:

Peşə tanınması üzrə növbəti imtahan 30 yanvar 2025-ci iltarixində DİM-in Elektron imtahanlar korpusunda kompüterlərvasitəsilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etməküçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dənetibarən DİM-in internet saytına daxil olaraq “İmtahanaburaxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsindəimtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruriməlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığınümunələri ilə müvafiq linklərə (“Müəllimlik”,“Mühəndislik”,“Hüquq”)keçid etməklə tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşəbilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri,situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqitəfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləriyoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hərdoğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlarsıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyətqazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

Seçilən
14
11
az.trend.az

7Mənbələr