Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasını müzakirə edəcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu məsələnin bu gün hökumətin iclasında müzakirə olunması gözlkənilir.
Ermənistanın baş naziri Nikol Paşinyan məsələyə münasibət bildirib.
O, bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.