Cəbrayılda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Gundem.az xəbər verir ki, hadisə rayonun Kərxulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mitsubishi” markalı minik maşınının aşması nəticəsində 1981-ci il təvəllüdlü Nicat Ağayev ölüb. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nicat Ağayevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
Faktla bağlı Cəbrayıl rayon polis şöbəsinin araşdırma aparılır. Bizim.Media