AZ

Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi (FOTO)

Bakı. Trend:

27 dekabr tarixində 20 illik yubileyini qeyd edən Xalq Bank,müştərilərinə daha yüksək keyfiyyət və fərdi yanaşmaya əsaslananxidmət təcrübəsi təqdim etmək məqsədilə yenilənmiş Fərdi bankçılıqofisinin açılışını həyata keçirtdi. Bu, Bankın yüksək müştəriməmnuniyyətini təmin etmək istiqamətində atdığı növbəti mühümaddımdır.

“Müştərilərimizin rahatlığı və yüksək səviyyəli bankxidmətlərindən yararlanması bizim üçün hər zaman prioritetdir. Buofis, premium xidmət standartları ilə müştəri ehtiyaclarına xüsusidiqqət yetirərək onların rahatlığı və peşəkar xidmətlə təminedilmələrini ön planda tutur. Məqsədimiz fərdi yanaşma və müasirxidmətlərlə müştərilərimizin gözləntilərini qarşılamaq, onlaraeksklüziv bank xidmətləri təqdim etməkdir.” - Xalq Bankın İdarəHeyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirib.

Ofisin konsepsiyasında rahatlıq və eksklüzivliyin bir arayagətirilməsinə maksimum diqqət yetirilmişdir. Burada müştərilərinrahatlığı üçün zövqlə dizayn edilmiş və müasir texnologiyalarlatəchiz olunmuş xüsusi xidmət otaqları və zallar mövcuddur. Ofisbank xidmətlərinin təqdim edilməsi, özəl bank meneceri ilə işgüzarmüzakirələr aparmaq üçün lazımi şəraitlə təmin edilib.

Fərdi bankçılıq ofisində müştərilərin ehtiyaclarınauyğunlaşdırılmış maliyyə həlləri və peşəkar məsləhətlər, əmanət,plastik kart, kredit və digər məhsullar, hesablaşma-kassaəməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxilolmaqla bütün növ fərdi bank xidmətləri təklif olunur.

Fərdi bankçılıq ofisi Bankın Bakı şəhəri, İnşaatçılar prospekti22L ünvanında yerləşən Baş ofis inzibati binasında həftə içi 5 günsaat 9:00-dan 18:00-dək xidmət göstərəcək.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Xalq
Xalq
Xalq
Xalq
Xalq
Xalq
Seçilən
4
31
az.trend.az

10Mənbələr