Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. Artıq 1-ci mərhələ üzrə 4 yerdə 6 tərəzinin quraşdırılması işləri tamamlanıb, 7 yerdə 11 tərəzinin qısa müddət ərzində istismara verilməsi planlaşdırılır:
- M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
- M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
- M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
- M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
- M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
- M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
- M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir.
- M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
- M-5 Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 44,9-cu kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
- M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 91,6-cı kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
- Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu) avtomobil yolunun 21,4-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
- M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 451,2-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması üçün ərazidə təmir işlərinə başlanılıb.