Bakl. Trend:
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, AzərbaycanRespublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü iltarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorlaçıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusundakeçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətinivə konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və BaşAssambleyasının rəsmi sənədləri kimi yayıb.
Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatdabildirilib.
"Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı iləbağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan RespublikasıPrezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətininBMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusununbeynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusiəhəmiyyət kəsb edir.
Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədikimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimibeynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrininbeynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olmuşdur.Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransınqayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsindəbeynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbuledilməsinə böyük töhfə verir.
Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanıntəşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərinsayı ona çatmışdır.
Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətlişəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdimetməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətinisələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə,beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, Qərbiazərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə QərbiAzərbaycan İcması ilə dialoqa başlamağa çağırır", - bəyanatda qeydedilib.