AZ

Ağdamdakı fabrikdə istehsal olunan məhsullar Özbəkistan, Qazaxıstan və BƏƏ ixrac edirik - Musa Alızadə

Ağdam. Trend:

"Bafco Invest" olaraq fəaliyyətimizə başladığımız ilk gündənetibarən istehsal etdiyimiz məhsulların müəyyən hissəsini ixracetməyi hədəfləmişdik. Artıq fabrikin açılışından bir neçə aykeçməsinə baxmayaraq məhsullarımızı Özbəkistan, Qazaxıstan vəBirləşmiş Ərəb Əmirliklərinə ixrac edirik.

Bunu Trend-ə"Bafco Invest" MMC-nin istehsal üzrə müavini Musa Alızadədeyib.

O bildirib ki, bu ilin noyabr ayında Almaniyada baş tutacaqböyük sərgiyə qeydiyyatdan keçiblər və orada iştirak etmələrinisəbirsizliklə gözləyirlər.

"Məhsullarımız beynəlxalq EN ISO 20345 və EN ISO 20347sertifikatlarına malikdir ki, bu da məhsulların Avropa bazarınaçıxışını təmin edir. Hazırda bir sıra MDB və Avropa ölkələrininşirkətləri ilə danışıqlar aparırıq, və artıq bir neçə ölkəyəməhsullarımızı göndərmişik. Avropada İspaniya, Çexiya və Almaniyabazarlarında məhsullarımıza böyük maraq müşahidə olunur.Fabrikimizə 12 milyon manat sərmayə yatırılıb və istehsalprosesində Almaniyanın “Desma” avadanlıqlarından istifadə olunur.Hazırda istehsal gücümüz xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360min cüt, poliuretan çəkmələr üzrə isə 150 min cütdür. Fabrikimizdəçalışan 70 işçinin 50-si Ağdam və ətraf rayonlardan olaninsanlardır. İki növbəli iş rejiminə keçmişik və 2025-ci ilinortalarına qədər işçi sayını 100 nəfərə çatdırmağıplanlaşdırırıq.

Bafco Invest-in istehsal etdiyi uzunboğaz çəkmələr yüksəkkeyfiyyətli poliuretandan hazırlanmışdır və 100% suya davamlı,aşınmaya, çoxsaylı qatlamaya dözümlü teksturaya malikdir. Çəkmələrsoyuq və isti keçirmir, antibakterial xüsusiyyətlərə malikdir vəsərt iş şəraitində yüksək davamlılığı təmin edir. Kənd təsərrüfatı,qida sənayesi və digər sənaye sektorlarında stifadə üçün nəzərdətutulmuşdur.
Bafco Investin xüsusi işçi ayaqqabıları isə üst hissəsi təbiidəridən, alt hissəsi ikiqat poliuretandan hazırlanmışdır. Müəyyənayaqqabı modelləri ağır şəraitli işlər üçün xüsusi polad ucluq vəpolad altlıqlarla təchiz olunub, bu da ayaqları müxtəlifzərbələrdən və zədələrdən qoruyur",- deyə o əlavə edib.

Seçilən
17
3
az.trend.az

6Mənbələr