AZ

Polşa Trampın dünya nizamına meydan oxumağa başladığını deyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı dünya nizamına meydan oxumağa başlayıb.

Editor.az xəbər verir ki bunu Polşa Senatının sədr müavini Mixal Kaminski TOK FM radiosunun efirində deyib.

“Tramp dünya nizamını şübhə altına almağa başlayır, burada dövlətlərin sərhədlərinin yeri bu dövlətlərin nə qədər güclü olması ilə deyil, müəyyən nizam və ədalətlə müəyyən edilir”, – Kaminski bildirib. Belə ki, siyasətçi Trampın Qrenlandiya, Panama kanalı və Kanada ilə bağlı sözlərini şərh edərək bir dövlətin sərhədlərinin onun hərbi gücündən asılı olmaması prinsipini şübhə altına alan ABŞ-ın seçilmiş prezidentinin yanaşmasına işarə edib.

Qeyd edək ki, bu həftə Donald Tramp deyib ki, Kanada və Qrenlandiya Birləşmiş Ştatların bir hissəsi olmalıdır. O, həmçinin əlavə edib ki, Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmağı və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmağı planlaşdırır.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
2
1
editor.az

2Mənbələr