Türkiyənin məşhur moda yarışması proqramı “İşte benim stilim” ekranlara yenidən qayıdır.
Türkiyə KİV-i xəbər verir ki, veriliş TV8-də yayımlanacaq.
Proqramın yayım tarixi və münsiflər heyətinin kimliyi hələ ki açıqlanmasa da, verilişdə iştirak etmək istəyənlər üçün müraciət prosesi artıq başlayıb.
Bununla belə Öykü Serterin aparıcısı olduğu, münsiflər kürsüsündə İvana Sert, Kamal Doğulu, Uğurkan Erez və Nur Yerlitaşın yer aldığı proqramın yeni jüri heyəti maraq mövzusu olub.
Xatırladaq ki, “İşte benim stilim” 2014-2017-ci illərdə TV8-də yayımlanıb və ən çox izlənilən proqramlardan biri olub.
Münsif Nur Yerlitaş2020-ci ildə xərçəng xəstliyindən vəfat edib.
"Cebheinfo.az"