AZ

Yaponiyada sərnişin təyyarəsinin təkəri partladı

Yaponiyanın paytaxtı Tokiodakı Haneda hava limanında fəlakətin qarşısı alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Yaponiya Hava Yollarına (JAL) məxsus, İşikava əyalətinin Komatsu hava limanından qalxan JL182 reys üzrə “Boeing 737-800” tipli təyyarənin sol təkərlərindən biri eniş zamanı partlayıb.

Qəzaya baxmayaraq, təyyarə 09:25 radələrində enişini təhlükəsiz şəkildə başa vurub və hadisə zamanı göyərtədə olan 65 sərnişin və ekipaj üzvü arasında ölən və yaralanan olmayıb.

Bildirilib ki, taksi yoluna çəkilən təyyarə təkər dəyişdirildikdən sonra aprona yaxınlaşıb.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi uçuş-enmə zolağının təxminən 25 dəqiqə ərzində hava hərəkətinə bağlı qalması səbəbindən 15 reysin təxirə salındığını açıqlayıb.

Bu gün eyni təyyarə ilə həyata keçirilməsi gözlənilən 2 reysin ləğv edildiyi açıqlanıb.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Seçilən
11
4
cebheinfo.az

5Mənbələr