AZ

Hasan Oktay: “Ermənistan Əsədlə yaxşı münasibətlərə malik idi”

Yazını böyüt
Yazını kiçilt

“Türkiyənin 13 ildir həyata keçirdiyi siyasət Əsəd rejiminin devrilməsində çox mühüm rol oynayıb”.

Bunu Hafta.az-a Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay Suriyada keçmiş rejimin Ermənistan hakimiyyəti ilə əlaqələrini şərh edərkən bildirib.

H.Oktay qeyd edib ki, sovetlər birliyi 1991-ci ildə dağılandan sonra Rusiya federasiyaya çevrilsə də, Ermənistan vasitəsilə Cənubi Qafqazda mövcud olmağa davam etdi. Eləcə də Suriyadakı BƏƏS rejimi Rusiyanın varisi olaraq varlığını davam etdirib. Məhz bu siyasi psixologiyaya görə “Moskvanın qorxusundan keçmiş sovet ölkələri Dəməşqlə, o cümlədən Ermənistan Suriya erməniləri vasitəsilə Əsədlə yaxşı münasibətlərə malik idi”.

Ekspert hesab edir ki, Ermənistanı noyabrın 10-da imzalanan atəşkəs razılaşmasına qədər bir cür, atəşkəs razılaşmasından sonra isə digər xüsusda qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın Rusiya ilə münasibətləri pozmaq və normallaşdırmaq cəhdləri diqqətlə izlənilməlidir.

“Ermənistanı Rusiyanın qucağına verməklə Cənubi Qafqazda siyasi strategiya həyata keçirmək indiki məqamda o qədər də ağıllı və məntiqli görünmür. Türkiyə Suriya siyasətini həyata keçirərkən, digər tərəfdən də keçmiş Sovet ölkələrinin Suriya ilə münasibətlərinə də vaxt ayırırdı. Çünki Putinə qarşı iradəsini ortaya qoyan ölkələr çox vaxt çətinliklər yaşayırdı. Bu səbəbdən Türkiyə Suriya siyasətlərini həyata keçirərkən bəzi dövlətlərin Suriya ilə bağlı əlaqələrini görməzdən gəldi”, - o deyib.

H.Oktay bildirib ki, Azərbaycan balanslaşdırılmış siyasət yürütməklə və zaman-zaman Türkiyə ilə xarici siyasət prioritetlərini fərqləndirməklə, əksər hallarda Türkiyə ilə birlikdə hərəkət edərək Rusiyanın təzyiqlərinə baxmayaraq bölgədə ayaqda qala bilən dövlətə çevrilib. Bu məqamda əsas iş Rusiyanın Qafqazda Ermənistanla bağlı siyasətinin iflasa uğradığını nəzərə alsaq, Ermənistan, Türkiyə və Azərbaycan arasında üçtərəfli sülhü təmin edib regionu daha inkişaf edən dövlətə çevirmək olacaq”.

Seçilən
19
hafta.az

1Mənbələr