AZ

Blinken: "ABŞ Türkiyənin YPG-yə hücumunun qarşısını almağa çalışır"

ABŞ Türkiyə hərbçiləri ilə Suriyadakı kürd yaraqlıları arasında münaqişənin gərginləşməsinin qarşısını almağa çalışır.

Modern.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.

O qeyd edib ki, Türkiyənin Suriyada fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlıları ilə bağlı “qanuni narahatlıqları” var və Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə nizamlanma aparılmalıdır.

Türkiyə PKK yaraqlılarını məhv etmək üçün təşkilatın Suriyadakı YPG adlanan qoluna qarşı hücuma keçməklə hədələyib. Kürdlərin YPG təşkiları on ildir ki, İŞİD qruplaşmasına qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edir.

Blinken ümid etdiyini bildirib ki, Donald Trampın yeni administrasiyası bu məsələyə çox güclü maraq göstərəcək.

"Cebheinfo.az" 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr