AZ

Azərbaycanın müasir dövrdə qazandığı bütün uğurlar birbaşa Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi ilə bağlıdır - Azər Qarayev

Bakı. Trend:

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyakanallarına müsahibəsində Azərbaycan ictimaiyyəti ilə yanaşı, bütündünyanı maraqlandıran məsələlərə toxundu. Müsahibədə Azərbaycanındaxili işlərindən tutmuş, xarici əlaqələri, gələcək planları, qonşuölkələrlə münasibətlər, dünya ölkələrindəki proseslər və sairmövzular əhatə olundu.

Müsahibənin əvvəlində dövlətimizin başçısı 2024-cü ilinsosial-iqtisadi yekunları barədə danışıb. Prezident İlham Əliyevötən ilin iqtisadi inkişaf baxımından yenə də uğurlu il olduğunuqeyd edib. Belə ki, ötən ilin iqtisadi göstəriciləri bunu əyanisübutudur. 2024-cü ildə ümumi daxili məhsul 4 faizdən çox artıb,valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb. Eyni zamanda,xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkiledir, bu isə o deməkdir ki, sözügedən aspektdən ölkəmiz qlobalplanda dünya liderləri arasındadır. Xarici borcun ÜDM-nin 10faizinədək endirilməsi məqsədi artıqlaması ilə reallaşdırılıb vəbu, yeni layihələr üçün əlavə maliyyə resurslarının cəlb edilməsinəyeni şərait yaradıb.

Ölkəmizdə yüksək səviyyədə təşkil edilərək keçirilən COP29tədbirindən danışan dövlətimizin başçısı bu istiqamətdə müxtəlifhədəflərə çatdığımızı və bunun, Azərbaycanın növbəti uğuru olduğunuvurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev COP29-u siyasimotivlər səbəbindən boykot etmək cəhdlərindən də danışdı. Burada,təbii ki, təşəbbüskar Fransa və cənab Makron olub. Məlumdur ki, buboykot cəhdi tamamilə uğursuz oldu və bu cəhdin arxasında duranMakron məqsədlərinə bu dəfə də nail ola bilmədi. Hətta dövlətbaşçısının dediyi kimi, o, digər dövlətlərin başçılarına şəxsənzəng edərək, onları Bakıya getməməyə səsləyirmiş. Amma Azərbaycanregionla yanaşı, qlobal müstəvidə də önəmli aktor olduğu üçün həmino dövlət başçıları Azərbaycana gəlməyi seçdilər. Belə ki, səksəndövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir dahaAzərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.

Azərbaycanın beynəxalq təşkilatlara üzv olmasına və fəaliştirakına toxunan dövlət başçısı yaxın zamanda ölkəmizin D8təşkilatına üzv seçilməsi barədə də danışdı. Prezident İlham Əliyevbu əlamətdar hadisəni xüsusi olaraq qeyd edərək, Azərbaycanın D8-dəfəal iştirak etməsi və töhfə verməsi üçün artıq bütün lazımigöstərişlərin verildiyini bildirdi. Bu addım Azərbaycanın qlobaliqtisadi və siyasi əlaqələrini daha da genişləndirəcək, eynizamanda, təşkilatın iqtisadi və diplomatik proseslərindəAzərbaycanın iştirakını təmin edəcək. Bu mühüm addım Azərbaycanınbeynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirəcək və qlobalmüsəlman dünyası ilə əməkdaşlığını gücləndirəcək. Azərbaycan D8çərçivəsində iqtisadiyyat, enerji və ticarət kimi sahələrdə öztəcrübəsini paylaşaraq, təşkilatın inkişafına töhfə verə bilər.

Müsahibədə bir sıra ölkələr tərəfindən Ermənistana veriləndəstəkdən də söz açılıb. Ermənistan hazırkı geosiyasi proseslərfonunda həm havadarlarını, həm də gələcəyə olan ümidlərini sürətləitirir. Regionda baş verən dəyişikliklər Ermənistanın onilliklərboyu güvəndiyi xarici dəstəyin zəiflədiyini, hətta tamamilə yoxolduğunu göstərir. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanaqarşı çıxışları və ermənipərəst siyasəti beynəlxalq arenada dəstəktapmadı və Fransa öz nüfuzunu daha da itirdi. Bu, Makronun dolayısıilə Azərbaycanın gücünü və Fransa siyasətinin regiondauğursuzluğunu etiraf etməsi ilə nəticələndi. ABŞ-də də Baydenadministrasiyasının sayılı günləri qalıb və onunla əlaqəli olanSoros və Sorosçuların təsiri əhəmiyyətli dərəcədə azalacaq. Bu,Ermənistanın ABŞ-dəki dəstəyinin azalmasına və Ermənistanın Qərbdədaha zəif mövqeyə sahib olmasına səbəb olur. Yeni administrasiyanındaha çox realist və balanslı siyasətlə çıxış edəcəyi gözlənilir, buisə Ermənistan üçün əlavə dəstək qapılarının bağlanmasını ifadəedir. Bu dəyişikliklər fonunda Ermənistan üçün rasional çıxış yoluyalnız bir istiqamətdədir: Azərbaycan və Türkiyə ilə normalmünasibətlər qurmaq. Bu xüsusda, Ermənistan üçün Zəngəzurdəhlizinin açılması qaçılmaz bir geosiyasi reallıqdır. Bu dəhlizyalnız regionda iqtisadi və nəqliyyat əlaqələrini genişləndirməküçün deyil, həm də Ermənistanın beynəlxalq təcriddən çıxması üçünbir fürsətdir. Ermənistan bu fürsəti dəyərləndirməli və regiondanəqliyyat əlaqələrinin qurulmasına mane olmaqdan əl çəkməlidir. Əkshalda, Ermənistan daha da təcrid olunaraq, inkişaf imkanlarınıitirəcək. Prezident İlham Əliyevin də müsahibədə vurğuladığı kimi,Zəngəzur dəhlizi açılmalıdır və açılacaq.

Bundan əlavə, Qazax rayonunun dörd kəndinin erməni işğalındanazad edilməsindən danışan dövlətimizin başçısı bunun dialoq deyil,monoloq nəticəsində baş verdiyini diqqətə çatdırıb. Azərbaycan buməsələdə ədalətə nail oldu, ərazilərimizi bərpa etdi. Bir gülləbelə atılmadan ərazilərimiz geri qaytarıldı.

"Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdətutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçünpərdə kimi istifadə edirdilər. Bu yaxınlarda mətbuatda çıxaninformasiya - məhz Ermənistanın birinci prezidentinin faşistbəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir dahatəsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrinibelə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, birmüttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindənisə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hissedirlər.

Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənimcavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfindəidi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlaraparan və bu “üçlüklə” çoxlu sayda görüşlər keçirən insan kimideyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu iləqaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təminedilməsini", - dövlət başçısı bildirdi.

Eyni zamanda, dövlətimizin başçısı qeyd etdi ki, bu ay, bizimtəşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirməküçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarınınnövbəti görüşü olmalıdır. Qeyd edildi ki, qarşı tərəfdən də buməsələdə etiraz yoxdur.

Ermənistanda gedən silahlanma prosesinə toxunan dövlət başçısıbunun Cənubi Qafqaz üçün yeni təhdid amili olduğunu vurğuladı.Bunun qarşılığında da, təbii ki, Azərbaycan da hərbi büdcəsiniartırmaq məcburiyyətində qalır. Həm də nəzərə alınmalıdır ki,Ermənistan silahları ya pulsuz, ya da kreditlə alır. Azərbaycan isədövlət büdcəsindən buna vəsait ayırır. Halbuki Ermənistanınsilahlanma yarışını dayandırması, Azərbaycanda da bu vəsaitlərindigər sosial sahələrə xərclənməsinə gətirib çıxarar. LakinPrezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan silahlanmayarışında bizimlə rəqabət apara bilməz.

Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsindən danışandövlətimizin başçısı qeyd edib ki, bu, bizim üçün hərbi məsələlərləbərabər ən vacib prioritetlərdən biridir. Belə ki, 2025-ci ildə buməqsədlərə 4 milyard manat ayrılacaq. Bu ərazilərə keçmiş məcburiköçkünlər fəal şəkildə köçürülür, burada çox böyük işlər görülür.On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır.Bütövlükdə 30 minə yaxın insan orada, çalışır və yaşayır. Bundanəlavə, bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləriqaytarmaq planlaşdırılır.

Müsahibədə beynəlxalq arenadakı, o cümlədən, Fransadakıvəziyyətə də toxunuldu. Fransanın siyasi sinfi uzun illərdirislamofobiya, ksenofobiya və antisemitizmlə xarakterizə olunur ki,bu da həm daxili cəmiyyətdə, həm də beynəlxalq aləmdə gərginliklərəsəbəb olur. Bu yanaşmalar Fransa cəmiyyətində ayrı-seçkiliyiartırır və ölkənin müsəlman dünyası ilə münasibətlərini zəiflədir.Bununla yanaşı, erməni amili Fransa siyasi elitasındaqeyri-obyektiv mövqelərin formalaşmasına səbəb olub, xüsusilə dəAzərbaycanla bağlı məsələlərdə birtərəfli siyasət aparılıb.

Hazırkı fransız rəhbərliyinin siyasi səriştəsizliyi, xüsusilə dəPrezident Emmanuel Makronun fəaliyyəti, həm daxili, həm də xaricisiyasətdəki uğursuzluqlar ilə açıq şəkildə görünür. Makronunprezidentliyə gəlişi, siyasi karyerasının nisbətən qısa vətəcrübəsiz mərhələsində baş verdiyi üçün, onun idarəetmə üslubu çoxvaxt impulsiv və qeyri-mütəşəkkil olub. Bu, ölkənin siyasisistemində qeyri-sabitlik yaradıb və həm daxili siyasətdə, həm dəbeynəlxalq arenada Fransa üçün ciddi problemlər doğurub.

Makronun “siyasi təcrübəsi” ondan əvvəlki prezidentlər –məsələn, Fransua Mitteran, Jak Şirak və ya Nikola Sarkozi iləmüqayisədə daha zəifdir. Mitteran və Şirak uzun illər siyasiarenada fəaliyyət göstərmiş, geniş təcrübəyə malik olmuş vəqərarlarında daha balanslı davranmışdılar. Makronun dövründə isəFransa, xüsusilə beynəlxalq siyasətdə, ardıcıl məğlubiyyətlərləüzləşib. Yaxın Şərqdə təsir gücünün azalması, Afrikada kolonialkeçmişi ilə bağlı tənqidlərin artması və daxili siyasətdə genişetirazlar (sarı jiletlilər hərəkatı kimi) onun idarəetməbacarığının zəifliyini göstərir. Makronun bəzən intriqaçı vəemosional yanaşması ölkənin nüfuzuna mənfi təsir edib və Fransadaha çox qeyri-müəyyən mövqe tutan bir dövlət kimi qavranılıb.Makronun təcrübəsiz və bəzən qeyri-realist yanaşmaları Fransasiyasətində həm daxili, həm də xarici istiqamətlərdə daha dərinböhranlara yol açıb. Bu, onun lider kimi əvvəlki prezidentlərləmüqayisədə daha zəif mövqedə olduğunu göstərir.

Azərbaycan-ABŞ münasibətlərindən danışan Prezident İlham ƏliyevDonald Tramp dönəmində iki ölkə arasındakı münasibətlərinsəviyyəsindən, getməkdə olan administrasiya ilə yaşananproblemlərdən söz açıb.

Donald Trampın yenidən prezident kürsüsünə tamamilə fərqli vəyenilikçi gündəliklə qayıtması Amerika-Azərbaycan münasibətlərinəyeni üfüqlər açmaq potensialına malikdir. Onun birinci prezidentlikdövrü bu münasibətlərin inkişafı ilə yadda qalıb. Heç bir ciddiproblem yaşanmayıb, əksinə, tərəflər arasında əməkdaşlıqmöhkəmlənib və qarşılıqlı maraqların qorunması prioritet olub.Azərbaycan cəmiyyəti Trampın təbliğ etdiyi dəyərləri, xüsusən ailəvə mənəvi dəyərləri, bölüşür. Onun açıq və aydın mesajları,prinsipial mövqeyi Azərbaycan ictimaiyyətində geniş dəstək tapır.Bu, iki ölkə arasında daha dərin mədəni və siyasi anlaşmanınformalaşmasına təkan verir.

Trampın yenidən hakimiyyətə gəlməsi Amerika-Azərbaycanmünasibətlərinin inkişafına olan ümidləri də artırır. Azərbaycan vəABŞ-nin iqtisadi, enerji, təhlükəsizlik və mədəni sahələrdəəməkdaşlığı genişləndirmək üçün kifayət qədər potensialı var.

Bayden administrasiyasının dövründə isə vəziyyət fərqliistiqamət aldı. Amerika-Azərbaycan münasibətləri ABŞ-ninErmənistanla əlaqələrinin təsiri altına düşdü və bunun nəticəsindəciddi problemlər yaşadı. Xüsusilə Qarabağ münaqişəsində Baydenadministrasiyasının sərgilədiyi ədalətsiz mövqe, Azərbaycanınhüquqlarını nəzərə almadan birtərəfli yanaşmalar cəmiyyətimizdəböyük narazılıq doğurdu. “907-ci düzəliş”in bərpası kimi addımlar,eləcə də, Bayden administrasiyasının öz verdiyi vədlərə əməletməməsi ABŞ-yə olan inamı ciddi şəkildə sarsıtdı. Azərbaycancəmiyyəti Vaşinqtonun bu siyasətini həm məyusluq, həm dənarahatlıqla qarşıladı.

Trampın qayıdışı ilə iki ölkə arasındakı münasibətlərin bərpaolunması və inkişaf etdirilməsi üçün yeni imkanlar yaranır.Aydındır ki, bu, təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm dəxalqlar arasında ortaq dəyərlərin təbliği baxımından böyükəhəmiyyət kəsb edir. İndi dialoq və səmimi əməkdaşlıq üçün qapılaryenidən açıqdır.

Avropa İttifaqının Cənubi Qafqazda sülh və normallaşmaprosesində tutduğu mövqe ciddi suallar doğurur. Normallaşmatəşəbbüslərində Ermənistanın tərəfini açıq şəkildə tutması, Aİ-ninvasitəçi kimi obyektivliyini şübhə altına alır. Bunun bariznümunəsi Avropa İttifaqının qondarma müşahidə missiyasınınmüddətinin uzadılmasıdır. Bu addım sülh prosesinə inamı artırmaqəvəzinə, etimadı sarsıtdı.

Missiyanın binoklla "nümayişləri", yarıhərbi geyimlərdə pozverməsi və digər bu kimi qeyri-ciddi davranışlar həm Azərbaycanictimaiyyətində, həm də beynəlxalq səviyyədə tənqidlərə səbəb oldu.Avropa İttifaqının Ermənistanı dəstəkləməsi və qondarma “Sülhfondu” kimi təşəbbüslər vasitəsilə onu silahlandırması davamedərsə, Azərbaycan tərəfindən adekvat addımların atılacağı aydınşəkildə bəyan olunub. Avropa Parlamentinin davranışları, xüsusiləazərbaycanofobiyanın geniş yayılması və rəsmi strukturlarınbirtərəfli yanaşmaları, bu münasibətlərin daha da gərginləşməsinəyol açır.

Müsahibədə Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə və Fransanınmüstəmləkçilik siyasətinə də toxunuldu. Müstəmləkəçilik zülmündənəziyyət çəkən xalqlar üçün ədalətli və obyektiv platformalarınçatışmazlığı aydındır. Beynəlxalq media bu xalqlara səslərinieşitdirmək üçün imkan yaratmır, əksinə, onları təhdid vəədalətsizliklə üz-üzə qoyur. Artıq bu ədalətsizliklər sistematikhal alıb və geniş miqyasda həyata keçirilir. Fransanın keçmişmüstəmləkələrindəki vəziyyət buna parlaq nümunədir.

Bu gün həmin ərazilərdə əhalinin 70-75 faizi yoxsulluqşəraitində yaşayır. Prezident Emmanuel Makronun bu reallıqlarıgörməzdən gələrək səfərləri zamanı irəli sürdüyü əsassız iddialarhaqlı tənqidlərə məruz qalıb. Çünki Fransanın müstəmləkəçiliksiyasətinin acı nəticələri hələ də milyonlarla insanın həyatınatəsir edir. Bununla bağlı haqlı etirazlar isə qəddarlıqlayatırılır. Son hadisələrdə 13 nəfərin həyatını itirməsi və minlərləinsanın həbs olunması beynəlxalq ictimaiyyətdə narahatlıq yaradır,lakin Qərb dövlətləri bunu görməzdən gəlir. Bu hadisələr, insanhüquqlarına dair verdikləri təntənəli vədlərə baxmayaraq, Qərbdövlətlərinin ikili standartlarını bir daha üzə çıxarır.Azərbaycan, belə ədalətsizliklərlə mübarizə aparan xalqların səsinəsəs qatmaqla beynəlxalq münasibətlərdə yeni bir ədalət fəlsəfəsiniortaya qoyur. Bu səbəbdən də Bakı Təşəbbüs Qrupu bu xalqlara təkcədəstək deyil, həm də qlobal səviyyədə diqqət çəkmək üçün birplatformadır.

Dövlətimizin başçısı qalib və güclü bir dövlətin Prezidentiolmaqdan da danışdı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, böyükməsuliyyət və böyük şərəfdir: "Əlbəttə ki, mən xüsusilə son vaxtlarçox sevinirəm. Son dörd ildir ki, mənim həyatım tam fərqlidir.Hamımızın həyatı fərqlidir, hamımız tamamilə başqa əhvali-ruhiyyəilə yaşayırıq, oyanırıq, xaricə gedirik. Qalib ölkənin nümayəndəsikimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslardaolmaq tamamilə fərqli hissdir".

Qeyd etmək lazımdır ki, Azərbaycanın müasir dövrdə qazandığıbütün uğurlar birbaşa Prezident İlham Əliyevin uzaqgörən siyasətivə liderliyi ilə bağlıdır. Onun təşəbbüsü ilə ölkə beynəlxalqsəviyyədə etibarlı tərəfdaş olaraq tanınır, regional lidermövqeyini möhkəmləndirir və iqtisadi, siyasi, hərbi sahələrdətarixi nailiyyətlər əldə edir. Prezident Əliyevin stratejiyanaşması nəticəsində Qarabağ münaqişəsi həll olundu, Azərbaycanınərazi bütövlüyü bərpa edildi və ölkə yeni inkişaf mərhələsinə qədəmqoydu. Bu nailiyyətlər xalqın rifahını artırmağa yönəlmiş daxili,həm də xarici siyasətin uğurlu nəticəsidir.

Azər Qarayev,
Politoloq

Seçilən
23
1
az.trend.az

2Mənbələr