ABB Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyindəki "AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal
imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb.
Artıq fərdi
sahibkarlar və hüquqi şəxslər ABB-nin "İnternet Bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi "SİMA İmza” ilə qeydiyyatdan
keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka
getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:
· Pul köçürmələri və konvertasiya əməliyyatları;
· Hökumət ödənişləri;
· ANİPay ödənişləri;
· Kredit ərizələrinin imzalanması;
· ATM və POS terminal əməliyyatları;
· AKB və Asan Finance razılıq ərizələrinin təsdiqi;
· Qeyri-bank xidmətlərindən istifadə
Qeyri-bank xidmətləri dedikdə vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.
Fərdi
sahibkarlar və hüquqi şəxslər "SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən
onlayn əldə edirlər. Bunun üçün "SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan
keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı
www.sima.az saytından və "157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə
etmək olar.
www.anews.az