AZ

Gülayə Səfərova: "İnsan alveri ilə mübarizədə QHT-lərin rolu həyati əhəmiyyət kəsb edir"

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az-a özəl açıqlamasında insan alverinin qlobal və yerli miqyasda narahatlıq doğuran bir sosial bəlaya çevrildiyini vurğulayıb. O, bildirib ki, ölkəmizdə insan alverinin qarşısının alınması, cinayətkarların cəzalandırılması və zərərçəkmişlərin sosial-psixoloji reabilitasiyası kimi mühüm məsələlər üzərində ciddi işlər görülür.

QHT sədri həmçinin qeyd edib ki, insan alverinin qarşısının alınmasında maarifləndirmə işinin, xüsusən də qanunsuz miqrasiyanın, uşaq nikahlarının və təhsildən yayınan uşaqların nəzarətinin əhəmiyyəti böyükdür:

"Bu gün İnsan alveri problemi dünya miqyasında hər bir cəmiyyəti narahat etdiyi kimi bizim də ölkəmizdə də narahatçılıqla qarşılanan əsas sosial bəlalarından biridir. Ölkəmizdə insan alverinin qarşısının alınması, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası, insan alverinin profilaktikasında mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işi, qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi, xarici dövlətlərə əmək fəaliyyəti ilə, təhsillə və ailə qurmaq məqsədilə gedən şəxslərin, ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması istiqamətində hal-hazırda çox mühüm işlər həyata keçirilməkdədir. Bu sahədə həyata keçirilən tədbirlərdə biz QHT-lərin rolu da xüsusilə böyükdür. Bu vaxta qədər apardığımız marrifləndirmə və təbliğat işi o cümlədən insan alverinin potensial qurbanlarının maarifləndirilməsi, sosial reabilitasiyası, onlara hüquqi yardımın göstərilməsi, onların insan alverinin qurbanına çevrilməsinin qarşısının alınmasında böyük rol oynayır".

Gülayə Səfərova bildirib ki, cinayətlərin başqa növləri kimi insan alveri əməllərinin törədilmə forma və metodları daim dəyişdiyindən onların aşkarlanmasının özünəməxsus çətinlikləri də ortaya çıxır:

"Mənim rəhbəri olduğum “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi İnsan Alverinə qarşı Mübarizə üzrə Kooalissiyanın üzvüdür. Daim DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə sıx əməkdaşlıq etdiyimiz üçün bilirəm ki, İnsan alverinin qarşısının alınması ilə bağlı bizim də verdiyimiz təkliflər nəzərə alınmaqla hazırda DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi İnsan alveri qurbanlarının müəyyən edilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin işlənib hazırlanması, nsan alveri qurbanlarının, xüsusən uşaq qurbanların müəyyən edilməsi indikatorlarının təkmilləşdirilməsi, bundan başqa, insan alverinə məruz qala biləcək qadınların, uşaqların və digər həssas əhali qruplarının hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, qurbanlar üçün sığınacaq və yardım mərkəzlərinə qəbul prosedurlarının sadələşdirilməsi, istehsal və xidmət sahələrində istehlakçıya qədər olan bütün mərhələlərdə insan alveri və məcburi əmək halları ilə bağlı risklərin öyrənilməsi, aşkarlanması, aradan qaldırılması, xüsusi polis qurumunun kadr potensialının gücləndirilməsi, maddi və texniki bazasının yaxşılaşdırılması və s. tədbirlərin icrası ilə bağlı mühüm işlər həyata keçirir".

 

Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanmışdır.

 

Pərvanə Fərhadqızı

Seçilən
21
qht.az

1Mənbələr