İslam Əməkdaşlıq Təşkilatında hər dəfə Azərbaycanın Ermənistana qarşı qaldırdığı təşəbbüslərin əleyhinə çıxış etməklə də Ermənistana bütün imkanları ilə dəstək nümayiş etdiridi. Bütün bunlarla yanaşı Suriyanın daxilindəki ermənilərə də xüsusi imtiyazlar verilmişdi".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Məsələn sayları 3.5 milyon civarında olan türkmənlərə hər hansı hüquqlar verilmədiyi halda Suriya Konstitusiyasına görə ermənilərə azlıq statusu verilmişdi. Bu məqam ölkənin 1949 və 1972-ci il konstitusiyalarında öz əksini tapıb. Yəni, Suriyada yalnız ermənilər azlıq kimi qəbul olunub. Başqa icmalar isə Suriya ərəb vətəndaşları kimi tanınırdı və faktiki olaraq vətəndaşlıq adı altında türkmənlərin assimilyasiyası aparılırdı.
Odur ki, indi Əsəd rejiminin çökməsi ilə onun dəstək verdiyi Ermənistan da faktiki olaraq uduzmuş tərəfdə yer alır. Həm Əsəd rejiminə, həm də Ermənistana dəstəyi ilə seçilən İran da çıxılmaz vəziyyətlə üzləşib.
Bu gün böyük əminlik var ki, Türkiyə dəstəkli müxalif qüvvələrin Suriyada söz sahibi olması, eləcə də əslində Azərbaycan kökənli hesab olunan türkmənlərin də bu və ya digər şəkildə Suriyada mövqelərini möhkəmləndirməsi ilə bundan sonra Suriya-Azərbaycan qarşı münasibətləri tamamilə müsbət istiqamətdə dəyişəcək".
Zeynəb Rzayeva