İngiltərənin paytaxtı London ölkənin ən tez qocalan şəhəri olub.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu, \"Resolution Foundation” beyin mərkəzinin araşdırması zamanı məlum olub.
Belə ki, 2011-ci ildə Londonda orta yaş həddi 33,8 idisə, son 10 ildə bu rəqəm 2 il artaraq 35,8-ə çatıb.
Eyni dövrdə digər böyük şəhərlərdə orta yaş yarım il azalaraq 34,5-ə düşüb.
Ölkənin ən qədim bölgəsi olan Şimali Norfolkda orta yaş 55,3 ikən, ən gənc bölgə olan Tauver Hamletsdə bu nisbət 30,6 olaraq qeyd edilib.
Araşdırmaya görə, paytaxt Londonun qocalma sürətinin digər böyük şəhərlərdən fərqli olmasının iki əsas səbəbi var. Birincisi, Londonda doğum səviyyəsi 2000-ci illərdə hər 1000 nəfərə 16-dan 2010-cu illərdə 14-ə düşüb. Bu azalma İngiltərə və Uelsdə daha məhdud idi. İkinci səbəb, gənc beynəlxalq immiqrantların Breksitdən sonra Londonda daha az cəmləşməsidir.
Mərkəz tərəfindən qeyd edilib ki, böyük yaş fərqləri xüsusilə kənd və sahil ərazilərində ictimai xidmətlərə ciddi təzyiq göstərəcək. Doğum səviyyəsinin aşağı olması və yaşlı əhalinin artması ilə əlaqədar səhiyyə və sosial infrastruktur xidmətlərinin yenidən təşkil edilməsinə ehtiyac olduğu vurğulanıb.
Təşkilat demoqrafik dəyişikliklərin regional iqtisadiyyatlara və ictimai xidmətlərə uzunmüddətli təsirlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və bu problemlərin həlli üçün məqsədli addımların hazırlanmasına çağırıb.