İtaliya-Azərbaycan Universitetinin tikilməkdə olan tədris binası Əhmədbəy Ağaoğlu küçəsində, ADA Universiteti kampusunun ərazisində yerləşəcək.
Bu barədə Modern.az-a ADA Universitetindən məlumat verilib.
Bildirilir ki, bu ilin sonunda təhvil verilməsi gözlənilən binanın ətrafında yerləşən parkdakı yenidənqurma işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
***
12:04
İtaliya-Azərbaycan Universiteti üçün bina tikilir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq ADA Universitetindən məlumat verilib.
Ali təhsil müəssisəsindən bildirilib ki, İtaliya-Azərbaycan Universiteti Əhməd Bəy Ağaoğlu küçəsində, ADA Universitetinin əsas kampusunun yaxınlığında yerləşəcək.
Bildirilib ki, qeyd edilən ərazidə artıq İtaliya-Azərbaycan Universitetinin tədris binasının tikintisinə başlanılıb.
Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təməli 2022-ci ildə qoyulub.
Universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.
İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.