AZ

Efirdə üsyan etdi: “Sizə görə mən söyülürəm...”

Tanınmış jurnalist Zülfiyyə Qurbanova “Səni Axtarıram” verilişində canlı efiri tərk edib.

Publika.az xəbər verir ki, buna səbəb onun aparıcı Xoşqədəm Hidayətqızına əsəbiləşməsi olub. Jurnalist aparıcını faktları efirə tam olaraq təqdim etməməsinə üsyan edib:

“Mən qadını müdafiə edirəm, amma siz dünən telefonda bizə göstərdiyiniz görüntüləri efirə vermirsiniz. Siz bu işgəncələr görmüş qadını niyə efirə təqdim etmirsiniz? Bu qadının bədəni, sözün əsl mənasında, əsirlikdə insanlara verilən işgəncələrə məruz qalmış vəziyyətdədir. Siz onu efirə vermirsiniz ki, biz də haqlı ikən haqsız vəziyyətdə qalmayaq. Efirdən kənarda olanları bilirik deyə, elə fikirlər söyləyirik ki, tamaşaçılar bəzən bizi başa düşmür. Ona görə də mən tələb edirəm ki, bizə göstərilənlər efirə də verilsin. Əgər elə olmayacaqsa, mən artıq burada fikir söyləməyə, düzgün anlaşılmayacağına görə çəkinirəm. Bu dəfələrlə təkrarlanıb. Bizə göstərdiklərinizi efirə vermirsiniz, deyirsiniz ki, susun, efirlik deyil. Sonra mən burada üzüm qızara-qızara qışqırıram və sosial şəbəkələrdə məni söyürlər. O faktları siz efirə verməyəcəksinizsə, mən burada oturmaq istəmirəm”.

Bu sözləri dedikdən sonra efiri tərk edən jurnalistə cavab olaraq isə Xoşqədəm Hidayət qızı belə cavab verib:

Seçilən
7
7
publika.az

8Mənbələr