Aktual.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
"Sistem pozuntularının araşdırılması və rejimin qiymətləndirilməsi məqsədilə Gürcüstan parlamentində yaz sessiyasının ilk həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimin və siyasi vəzifəli şəxslərin fəaliyyətinin öyrənilməsi üzrə müvəqqəti istintaq komissiyası yaradılacaq. Komissiya 6 ay işləyəcək, hesabat hazırlayacaq və Gürcüstan parlamenti sentyabrda parlamentin iclasının ilk həftəsinə kimi həmin hesabata baxıb təsdiq edəcək”, - o bildirib.
O əlavə edib ki, təsdiq edilmiş hesabat Gürcüstan qanunvericiliyinə uyğun olaraq sonrakı tədbirlərin görülməsi və günahkarların cəzalandırılması məqsədilə Gürcüstan Prokurorluğuna və digər aidiyyəti qurumlara göndəriləcək.