“ABŞ Ukraynaya 500 milyon dollar yeni hərbi yardım paketi elan edib”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Austin məlumat verib.
Onun sözlərinə görə, yardıma Ukraynanın hava hücumundan müdafiəsi üçün əlavə raketlər, daha çox mərmi və “hava-yer” raketləri daxildir.
Qeyd edək ki, bu ABŞ prezidenti Co Baydenin hakimiyyəti dövründə Kiyevə son hərbi yardım paketidir.
Daşqın HəsənovMissiya.Az