"Mən anamdan yetim qalmışam".
"Anamın əmilərini gülləliyiblər, qardaşları isə Qaraçöpə daşınıblar. Mənim anam Bayram xanın qızı olub, ancaq o, çörək bişirib satırdı ki, öz mənliyini qorusun. 16 manata unun bütövünü alardı, oradan 4 manat qazanardı. Anam mənim bir gün şeir oxuduğumu bildikdə dedi ki, "Allah məni öldürsün, gədəyə vergi verilibdi". O, dua yazdırmışdı ki, mən şeir yazmayım. 3-4 gün sonra bir şeir də oxudum, anam ağladı. Mən indi bilirəm ki, şairlik başqa şeydir, hər yerindən duran olmur".