Özbəkistanda selfi çəkən iki turist ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi bildirib.
Özbəkistanda iki turist Kamçik aşırımında selfi çəkmək istəyərkən həlak olub.
Onların sözlərinə görə, insident kənar şəxslərin gəlişi üçün nəzərdə tutulmayan xüsusi avadanlıqların olduğu yerdə baş verib.
Turistlərdən biri şəkil çəkdirərkən sürüşüb və yıxılarkən yaxınlıqda dayanan tanışının əlindən tutub. Hər ikisi böyük bir qar yığınının çökdüyü dərin çökəkliyə düşüblər.
Xuraman Etibarlı
İnterpress.az