AZ

"Meta" sosial şəbəkələrdəki qadağaları yumşaldır - Yeniliklər hansı fəsadları gətirəcək?

Bakı. Trend:

"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook"hesabında paylaşdığı videoda "Facebook" və "Instagram"da sözazadlığını bərpa edəcəyi ilə bağlı məlumat verib. O bildirib ki,kontent moderasiya üçün mürəkkəb sistemlər yaradılıb, lakin hər şeymürəkkəb olanda bu, səhvlərə gətirib çıxarır. Hətta postların 1faizi senzuraya məruz qalsa belə, bu, milyonlarla istifadəçiyətəsir edir. Nəticədə səhvlər və senzura həddindən artıq çox olur.Buna görə də paylaşım qaydaları sadələşdiriləcək və platformalardafikir ifadə etmək azadlığı bərpa ediləcək.

Bu, o deməkdir ki, artıq hər kəs sosial şəbəkələrdə istənilənfikri səsləndirəcək. Bu günə kimi edilən paylaşımlarda hər hansıbir qeyri-etik ifadə, yanlışlıq, təhqir xarakterli sözlər vəifadələr paylaşılanda “Meta” avtomatik olaraq həmin paylaşımlarıbloklayır, profillərə məhdudiyyət qoyurdu. “Meta”da tətbiq edilənbu yeniliyin azərbaycanlı istifadəçilərin paylaşımlarına edəcəyitəsir, eyni zamanda, bu azadlığın bizim üçün müsbət və mənfitərəfləri olduqca maraqlıdır.

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan İnformasiya vəKommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarəHeyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaİctimai Şuranın üzvü Elvin Abbasov bildirib ki,“Meta”nın alqoritmlərində dəyişiklik edərək yoxlama prosesiniazaltması azərbaycanlı istifadəçilərin paylaşımlarına bir sıramənfi və müsbət təsirlər gətirə bilər.

“Müsbət təsiri odur ki, yoxlama prosesinin azalmasıpaylaşımların daha sürətlə işə salınmasına imkan verəcək. Həmçinin,istifadəçilər məhdudiyyətlərə daha az məruz qalacaq, bu da onlarındüşüncələrini və fikirlərini daha az məhdudlaşdırır. Bu yenilik,eyni zamanda, istifadəçilər üçün daha az bloklanma deməkdir.Bununla yanaşı, daha yumşaq istifadəçi şərtləri tətbiq ediləcək.Ona görə də həyata keçiriləcək dəyişiklik azad fikirli insanlarınöz fikirlərini daha rahat ifadə etməsinə imkan verəcək”, - deyə oqeyd edib.

Ekspert yeniliyin mənfi təsirlərindən də söz açıb:

“Yoxlama prosesinin azalması mənfi və ya qeyri-etikpaylaşımların daha çox yayılmasına imkan yarada bilər. Eynizamanda, şəxslərə aid məxfi informasiyaların yayılması arta bilər.Daha az yoxlama prosesi şəxsi məlumatların və ya qeyri-qanuniməlumatların yayılmasına yol açar. Bununla yanaşı, bəziistifadəçilər yoxlama prosesinin azalmasından məmnun olacaq, çünki,dezinformasiya xarakterli paylaşımların daha çox yayılması mümkünolacaq. Amma platformalarda fikir ifadə etmək azadlığının bərpaedilməsi sosial şəbəkələrə olan etibarın azalmasına gətirib çıxarabilər”.

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, AzərbaycanKibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) ekspertiBəhruz Əliyev isə məsələ ilə bağlı Trend-ə sosialşəbəkələrdəki gözlənilən sərbəstliyin istifadəçilərə ümumitəsirindən danışıb.

O bildirib ki, “Meta”nın ("Facebook", "Instagram" və s. daxilolmaqla) alqoritmlərindəki dəyişikliklər və yoxlama proseslərininazalması azərbaycanlı istifadəçilərin paylaşımlarına müxtəlifşəkildə təsir göstərə bilər:

“Bu təsirlər həm müsbət, həm də mənfi ola bilər. 2023-cü ildə12-16 oktyabr tarixinlərində Sosial Tədqiqatlar Mərkəzinin apardığıictimai rəy sorğusunun nəticələrindən aydın olur ki,respondentlərin gündəlik əsas məlumat mənbəyinin 55.7 faizinisosial şəbəkələr təşkil edir. Ona görə də məsələ hər iki mənadadüşündürücüdür. Gəlin, bir qədər detallı baxaq:

Müsbət təsirlərindən bəzilərini aşağıdakı kimi qeyd etməkolar.

Yoxlama proseslərinin azalması nəticəsində daha çox insan özfikirlərini sərbəst şəkildə paylaşa bilər. Əvvəllər senzura,avtomatik sistemlərin və ya süni intellektin səhvən blokladığıpaylaşımlar indi görünə bilər. İstifadəçilər daha çox yaradıcı vəfərqli məzmun yarada bilərlər, bu da sosial şəbəkələrin dahamaraqlı olmasına gətirib çıxara bilər. Reklamlar və paylaşımlardaha az məhdudiyyətlə yayımlana bilər, bu da kiçik və ortabizneslər üçün faydalı olar”.

Bəhruz Əliyevin fikrincə, bu yeniliyin mənfi təsirləri aşağıdakikimidir:

“Yoxlama proseslərinin azalması, yanlış məlumatların və yalanxəbərlərin daha geniş yayılmasına səbəb ola bilər. Bu da sosialmühitdə çaşqınlıq yaradar. Zərərli məzmunların, nifrət nitqinin vəya təhqiredici paylaşımların artmasını ehtimal etmək olar. Bu daistifadəçilər arasında gərginlik yarada bilər.

Məzmunun az yoxlanması zərərli və ya yaşa uyğun olmayanpaylaşımların daha çox yayılmasına səbəb ola bilər. Sosialşəbəkələrdə müxtəlif mövzularda xoşagəlməz müzakirələrin çoxalmasıehtimalı da mümkün versiyalardan biridir. Eyni zamanda, sosialharmoniya pozula bilər, dezinformasiya daha çox yayıla bilər”.

“Ona görə də hər birimiz fiziki izlərimizə diqqət etdiyimizkimi, virtual izlərimizə də diqqət etməliyik və etdiyimiz bütündavranışların məsuliyyətini düşünməliyik. Dəyərli, ciddielmi-mədəni məzmunların inkişafında və müzakirəsində daha çoxmaraqlı olmalıyıq. Uyğun olmayan məzmunları isə bloklayaraq vəşikayət edərək, sosial şəbəkələrin düzgün inkişafına təkan verəbilərik”, - deyə ekspert əlavə edib.

Seçilən
23
8
az.trend.az

9Mənbələr